Aİ Rusiyadan qaz idxalına qadağaya yekun razılıq verib

26.01.2026

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün Avropa İttifaqının (Aİ) 27 üzv dövləti rəsmi olaraq Rusiya boru xətti və mayeləşdirilmiş təbii qaz (LNG) idxalının Aİ-yə tədricən dayandırılması haqqında qaydaları qəbul edib.

"Report"un Avropa bürosunun Aİ Şurasına istinadən verdiyi xəbərə görə, yeni qaydalar enerji təchizatının monitorinqi və şaxələndirilməsi üzrə tədbirləri də əhatə edir.

"Bu gündən etibarən Aİ-nin enerji bazarı daha güclü, dayanıqlı olacaq və şaxələndiriləcək. Biz Rusiya qazından zərərli asılılıqdan imtina edir və muxtar Enerji İttifaqının yaradılması istiqamətində mühüm addım atırıq", - Aİ-də sədrlik edən Kiprin energetika, ticarət və sənaye naziri Maykl Damianos bildirib.

Boru xətti qazı və LNG ilə bağlı qadağa qaydalar qüvvəyə mindikdən altı həftə sonra tətbiq olunacaq. Mövcud müqavilələr üçün keçid dövrü nəzərdə tutulub. Bu, qiymətlərə və bazarlara təsiri məhdudlaşdırmağa imkan verəcək. LNG idxalına 2027-ci ilin əvvəlindən, boru xətti qazının idxalına isə gələn ilin payızından tam qadağa qoyulacaq.

Aİ-yə qaz tədarükünə mənşə ölkəsi yoxlanıldıqdan sonra icazə veriləcək.

Yeni qaydaları pozan fiziki şəxslər ən azı 2,5 milyon avro, şirkətlər isə 40 milyon avro məbləğində cərimələnə bilər.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью