Aİ Rusiyanın 45 neft tankerinə sanksiya tətbiq etməyi planlaşdırır

26.11.2024

Operativmedia portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Avropa İttifaqı Rusiyaya qarşı 15-ci sanksiyalar paketinin bir hissəsi olaraq, Rusiyanın 45 neft tankerinə, 50 fiziki şəxsə və 30 şirkətinə qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır.

"Operativ Media" xəbər verir ki,  bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

“Sənədlərə əsasən, 15-ci sanksiyalar paketi çərçivəsində Avropa Komissiyası siyahıya 50-dən çox fiziki və 30-a yaxın hüquqi şəxsi əlavə etməyi, onların aktivlərinin dondurulmasını və səyahət qadağası tətbiq etməyi təklif edir”, - agentlik bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью