Aİ Rusiyanın aktivləri hesabına Ukraynaya daha 1 milyard avro ayırıb | Icma.az
Missiya.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ukraynanın dövlət büdcəsinə Avropa İttifaqından (Aİ) 1 milyard avro vəsait daxil olub.
Missiya.Az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.Bildirilib ki, vəsaitlər G7-nin Ukrayna üçün Fövqəladə Gəlirlərin Sürətləndirilməsi təşəbbüsü çərçivəsində Aİ-nin töhfəsinin bir hissəsidir."Vəsaitlər sosial və hərbi sektorlar üzrə prioritet dövlət büdcəsi xərclərinin maliyyələşdirilməsinə, makroiqtisadi sabitliyin dəstəklənməsinə və mühüm infrastrukturun bərpasına imkan verəcək", - deyə Ukraynanın maliyyə naziri Serhi Marçenko vurğulayıb.Qeyd olunub ki, 2022-ci ilin fevral ayından Avropa İttifaqı Ukraynaya birbaşa büdcə yardımının ən böyük təminatçısı olub.Daşqın HəsənovMissiya.Az Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu