Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Avropa İttifaqı (Aİ) Rusiyanın aktivlərini 35 il müddətinə dondura bilər. Belə ki, Avropa Komissiyası təxminən 210 milyard avro həcmində dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirləri Ukraynaya verilən kreditlərin ödənilməsi üçün istifadə etməyi planlaşdırır.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Balaş Uyvari bildirib.
Onun sözlərinə görə, mövcud proqram çərçivəsində faizlər də nəzərə alınmaqla, ödənişlərin ümumi məbləği təxminən 70 milyard avroya çata bilər.
Bundan əlavə, Brüssel 2027-ci ildə Kiyevə daha 70 milyard avro ayrılmasını təklif edib. Bu kreditin də Rusiya aktivlərindən əldə olunan gəlirlər hesabına ödənilməsi nəzərdə tutulur.
Beləliklə, ümumi ödənişlərin həcmi 140 milyard avroya çata bilər.
Bizim.Media