Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
G7 ölkələri və Avropa İttifaqı (Aİ) Rusiyadan dəniz yolu ilə neft daşımalarına tam qadağa tətbiqinin mümkünlüyünü nəzərdən keçirir.
"Cebheinfo.az" APA-ya istinadən, bu barədə “Reuters“ məlumat yayıb.
Hazırda Rusiyadan çıxarılan neftin üçdə birindən çoxu Qərb tankerləri vasitəsi ilə əsasən Hindistan və Çinə daşınır.
Bu daşımalar arasında Yunanıstan, Kipr və Malta kimi Aİ ölkələrinin gəmiləri də iştirak edir.
Daşımaların qalan qismi “kölgə donanması” vasitəsilə həyata keçirilir.
Rusiyadan dəniz yolu ilə neft daşımalarına tam qadağa Aİ-nin 2026-cı ilin əvvəlində nəzərdə tutulan növbəti sanksiya paketinə daxil edilə bilər.
Lakin Avropa İttifaqının 27 üzvü bunun daha daha əvvəl G7 razılaşmasında əksini tapmasını istəyir.