Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Avropa İttifaqı (AB) Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən əldə edilən 1,4 milyard avro gəlirin Ukraynanı dəstəkləmək üçün istifadə olunacağını açıqladı.
"Cebheinfo.az" xəbər verir ki, bəyanatda bu məbləğin 2026-cı ilin birinci yarısından əldə edilən gəlirləri əhatə etdiyi və bu köçürmənin dondurulmuş Rusiya aktivlərindən əldə edilən beşinci ödəniş olduğu bildirilir.
Bəyanatda həmçinin Rusiya aktivlərinin dondurulmasından sonra indiyə qədər ümumilikdə 8 milyard avro gəlir əldə edildiyi xatırladılıb.
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen də məsələyə münasibət bildirərək, dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirləri Ukrayna üçün istifadə etdiklərini bildirib.
Fon der Lyayen "Rusiya vurduğu dağıntıların bədəlini ödəməlidir" deyib və dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərin bu məqsədlə istifadə edildiyini qeyd edib.
O bildirib ki, bu gəlirlərdən əlavə 1,4 milyard avro Ukraynaya təqdim edirik:
“Bu dəstək Ukraynanın Rusiyanın qanunsuz müharibəsinə qarşı davamlı müqavimətinə töhfə verəcək".Avropa İttifaqı Rusiya-Ukrayna müharibəsi səbəbindən tətbiq edilən sanksiyalar çərçivəsində Rusiya Mərkəzi Bankına məxsus 200 milyard avrodan çox aktivi dondurmuşdu.
Nigar
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin