Aİ Rusiyanın enerji gəlirlərini azaltmaq yeni sanksiyalar hazırlayır

26.01.2026

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Avropa İttifaqı Rusiyaya qarşı 20-ci sanksiyalar paketini hazırlayır.

APA "RBK-Ukraine"-ə istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohan Vadefull mətbuat konfransında bildirib.
Məlumata görə, yeni məhdudiyyətlərin məqsədi Rusiyanın enerji gəlirlərini azaltmaq, “kölgə donanması”nı zərərsizləşdirmək və sanksiyalardan yayınma mexanizmlərini bloklamaqdır.

Nazir deyib ki, sanksiyalar Rusiyanın dənizdə, havada və kiberməkanda özünü göstərən hibrid təhdidlərinə qarşı yönələcək və Avropanın kritik infrastrukturunun qorunmasını gücləndirməlidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью