Aİ RusiyaUkrayna danışıqlarında iştirak etməlidir Kallas

12.12.2024

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.

Avropa İttifaqı Ukraynadakı silahlı münaqişənin həlli üzrə danışıqlarda iştirak etməlidir.

Bakupost.az xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Kaya Kallas bir sıra Avropa nəşrlərinə, o cümlədən İspaniyanın “El Pais” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, o, artıq Ukrayna prezidenti Vladimir Zelenski ilə Aİ-nin iştirakı ilə danışıqları müzakirə edib.

Kallas əlavə edib ki, Aİ-nin Ukraynaya verdiyi yardım xeyriyyəçilik deyil. O, bunu "Avropa və qlobal təhlükəsizliyə sərmayə" adlandırıb.

Diplomat Rusiyanın dondurulmuş aktivlərinin Ukraynada “dəymiş ziyanın ödənilməsi” üçün istifadəsi ilə bağlı müzakirələrə çağırıb:

"Bütün zərər ödənildikdən sonra bir şey qalsa, şübhə edirəm ki, onu geri qaytara bilərik".

Lalə Novruz, BakuPost

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью