Aİ Rusiyaya qarşı 15ci sanksiya paketini hazırlayır

09.11.2024

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avropa İttifaqı Ukraynadakı müharibə səbəbindən Rusiyaya qarşı 15-ci sanksiya paketini hazırlayır.

“Report” xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell Kiyevdə keçirdiyi mətbuat konfransında bildirib.

“Bəli, Rusiyaya qarşı 15-ci sanksiya paketini hazırlayırıq. Biz sanksiyalardan yayınmaya qarşı mübarizəni gücləndirməliyik”, – o qeyd edib.

Daha əvvəl “Politico” qəzetinin Avropa nəşri bildirmişdi ki, Aİ ölkələri yanvar ayında Rusiyanın enerji ixracına qarşı yönəlmiş 15-ci sanksiya paketinin hazırlanmasını sürətləndirəcəklər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью