Aİ Rusiyaya qarşı 15ci sanksiya paketini hazırlayır

10.11.2024

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Avropa İttifaqı Ukraynadakı müharibə səbəbindən Rusiyaya qarşı 15-ci sanksiya paketini hazırlayır.

“Ölkə.az” xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell Kiyevdə keçirdiyi mətbuat konfransında bildirib.

“Bəli, Rusiyaya qarşı 15-ci sanksiya paketini hazırlayırıq. Biz sanksiyalardan yayınmaya qarşı mübarizəni gücləndirməliyik”, – o qeyd edib.

Daha əvvəl “Politico” qəzetinin Avropa nəşri bildirmişdi ki, Aİ ölkələri yanvar ayında Rusiyanın enerji ixracına qarşı yönəlmiş 15-ci sanksiya paketinin hazırlanmasını sürətləndirəcəklər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью