Aİ Rusiyaya qarşı 15ci sanksiyalar paketini razılaşdırıb

11.12.2024

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avropa İttifaqının 27 ölkəsinin daimi nümayəndələri Ukrayna münaqişəsinə görə Rusiyaya tətbiq edilən 15-ci sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Macarıstanın Aİ Şurasındakı nümayəndəliyi məlumat yayıb.

"Səfirlər Rusiyanın Ukraynaya təcavüzünə cavab olaraq 15-ci sanksiyalar paketini indicə razılaşdırıblar", - deyə bəyanatda bildirilir.

Qeyd edilir ki, yeni tədbirlər paketinə fərdi sanksiyalar daxildir. Sənəd, həmçinin Rusiya Federasiyasına yardım edən üçüncü ölkələrin məhkəmələrinin fəaliyyətini məhdudlaşdırır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью