Aİ Rusiyaya qarşı sanksiyaların müddətini ilk dəfə bir il uzadır

19.06.2026

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

Avropa Şurasının iclasında Avropa İttifaqı liderləri Rusiyaya qarşı sektoral sanksiyaların müddətinin ənənəvi altı ay əvəzinə 12 ay uzadılması barədə siyasi razılıq əldə ediblər.

Turkustan.az xəbər verir ki, bu barədə açıqlamasında Avropa Şurasının prezidenti Antonio Kostanın sözçüsü məlumat verib.

Prezident Volodimir Zelenski ilə fikir mübadiləsindən sonra Ukrayna ilə bağlı müzakirələr gecə saat 23:09-dək davam edib.

Mətbuat katibinin sözlərinə görə, Aİ-yə üzv olan 27 ölkənin lideri Avropa Şurasının yekun qərarlarını dəstəkləyib və Rusiyaya qarşı sektoral sanksiyaların bu dəfə altı ay deyil, 12 ay müddətinə uzadılması ilə bağlı razılığa gəlib.

O vurğulayıb ki, sanksiyaların bu müddətə uzadılması ilə bağlı qərar ilk dəfə qəbul olunur.

Aytən Yaşar/ Turkustan.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью