Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edə biləcəyi barədə xəbərdarlıq edib

18.11.2026

Banco.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Müəllif: Tamara Mustafayeva, Banco.az

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edə biləcəyi barədə xəbərdarlıq edib.

Banco.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Ukraynada kimyəvi silahlardan istifadə etdiyi iddiaları ilə əlaqədar Rusiyanı bu silahların tətbiqini dərhal dayandırmağa çağırıb. Birlik məsul şəxslərə qarşı əlavə sanksiyalar tətbiq etməyə hazır olduğunu bildirib.

Aİ-nin Xarici Əlaqələr Xidmətinin (EEAS) yazılı açıqlamasında Rusiyaya “Ukraynada kimyəvi silahlardan istifadəyə dərhal son qoymaq və Kimyəvi Silahlar Konvensiyasına tam əməl etmək” çağırışı edilib.

Açıqlamada Ukraynanın apardığı milli araşdırmanın Rusiya qüvvələrinin iğtişaşların yatırılması üçün istifadə olunan kimyəvi maddələri cəbhə xəttində geniş və sistemli şəkildə silah kimi tətbiq etdiyini üzə çıxardığı iddia olunub.

Kimyəvi silahlardan istifadənin törədildiyi yerdən, şəraitdən və bunu həyata keçirən şəxslərdən asılı olmayaraq beynəlxalq hüququn pozulması olduğu vurğulanıb. Bu hadisələrin hərtərəfli araşdırılmasının və məsul şəxslərin ədalət mühakiməsinə cəlb edilməsinin vacibliyi qeyd olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью