Aİ Rusiyaya yenidən sanksiya tətbiq etdi

16.11.2026

Yenicag saytından alınan məlumata görə, Icma.az bildirir.

Avropa İttifaqı Rusiyanın bir neçə neft emalı zavoduna qarşı məhdudiyyətlər də daxil olmaqla, daha bir sanksiya tətbiq edib.

Yenicag.az xəbər verir ki, müvafiq məlumat Aİ-nin onlayn jurnalında dərc edilib.

Beləliklə, sanksiya siyahısına “Qazprom Neftexim Salavat” MMC , “Kirishinefteorgsintez” MMC, “Qazpromneft -Moskva Neft Emalı Zavodu”, “Qazpromneft-Omsk Neft Emalı Zavodu”, “Xabarovsk Neft Emalı Zavodu” MMC və “NNK-Xabarovsk Neft Emalı Zavodu” ASC, “Orsknefteorgsintez” MMC, “İlski Neft Emalı Zavodu” MMC, ” Novoşaxtinski Neft Emalı Zavodu” MMC və Saratov Neft Emalı Zavodu daxildir.

Bundan əlavə, Aİ onlarla Rusiya bankı və media nümayəndəsi də daxil olmaqla 145 fiziki və hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью