Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Belçikanın paytaxtı Brüsseldə keçirilən Avropa İttifaqı (Aİ) sammiti zamanı tədbirin təşkil olunduğu binada damdan su sızması qeydə alınıb.
Modern.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Nəşr hadisəni istehzalı şəkildə “informasiya sızması, amma jurnalistik mənada yox” kimi təqdim edib. Bildirilir ki, Brüsseldə isti keçən gündən sonra başlayan güclü yağış nəticəsində Avropa İttifaqı binasının hündür şüşə tavanından su damcıları aşağıda yerləşən jurnalist masalarının üzərinə tökülməyə başlayıb.
“Politico”nun paylaşdığı fotoda yağış suyunun toplanması üçün binanın daxilində ağ vedrələrin yerləşdirildiyi görünür.
Hadisə zamanı ciddi fəsadların qeydə alınmadığı bildirilsə də, görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.