Aİ səfiri Azərbaycanla vidalaşır

04.08.2025

Icma.az bildirir, Yenisabah portalına istinadən.

Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko Bakıda Ukrayna səfiri Yuri Qusevlə görüşüb.

Yenisabah.az xəbər verir ki, bu barədə Ukrayna səfiri "Facebook"da yazıb.

"Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalkonun Bakıdakı diplomatik fəaliyyətinin başa çatması ərəfəsində onunla görüşməkdən şərəf və məmnunluq duyuram", - deyə o qeyd edib. pizza hut

Diplomat görüş çərçivəsində həmrəyliyə, əməkdaşlığın inkişafına mühüm töhfəyə, o cümlədən Ukraynanın Azərbaycandakı səfirliyinin komandasına daimi dəstəyə və rəsmi Kiyevə Avropa İttifaqına gedən yolda köməyə görə səmimi minnətdarlığını bildirib:

"Sizə gələcək diplomatik karyeranızda uğurlar və yeni peşəkar nailiyyətlər arzulayıram".


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью