525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Yanvarın 29-da Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatı kimi tanınmasını müzakirə edəcəklər.
525.az xəbər verir ki, bu barədə İtaliya Baş nazirin müavini, xarici işlər naziri Antonio Tayani məlumat verib.
"Cümə axşamı Brüsseldə keçiriləcək Aİ xarici işlər nazirlərinin görüşündə Avropa tərəfdaşları ilə koordinasiyalı şəkildə, İrandakı etirazlar zamanı mülki şəxslərin itkisinə görə məsuliyyət daşıyanlara şəxsi sanksiyalar tətbiq etməklə yanaşı, SEPAH-ın terror təşkilatı kimi tanınması təklifi irəli sürüləcək", - nazir X hesabınadakı paylaşımda yazıb.
Bundan əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Baqai Qərb mediasının ölkədəki iğtişaşlar nəticəsində 30 min insanın öldüyü barədə məlumatlarını təkzib edərək, bu iddiaları "Hitler üslubunda yalanlar" adlandırıb.
Pərvanə Sultanova