Aİ Şurası gələn ildən Rusiya qazının idxalına qadağanı təsdiqləyib

26.01.2026

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Avropa İttifaqı Şurası Rusiya qazının Aİ-yə idxalından imtinaya dair qaydalar barədə razılığa gəlib.

525.az xəbər verir ki, bu barədə Aİ-nin mətbuat xidməti məlumat yayıb.

"Bu gün Aİ-nin 27 üzv dövləti həm Rusiyanın boru kəməri ilə nəql edilən qazının, həm də LNG-nin idxalını qadağan edən qaydaları rəsmi olaraq təsdiqlədi. LNG idxalına tam qadağa 2027-ci ilin əvvəlində, boru kəməri vasitəsilə qazın nəqlinin dayandırılması isə 2027-ci ilin payızından qüvvəyə minəcək", - açıqlamada vurğulanıb. 

Qeyd edilib ki, yeni qaydalar Aİ-yə enerji təchizatının effektiv şəkildə monitorinqinə və şaxələndirilməsinə yönəlmiş tədbirləri əhatə edəcək.

Bundan əlavə, Avropa Komissiyası 2027-ci ilin sonuna qədər Rusiya neft idxalını tədricən dayandırmaq üçün qanunvericilik təklif etməyi planlaşdırır.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью