Aİ Şurası Rusiya qazından mərhələli imtinanı təsdiqləyir | Icma.az
Icma.az, Gununsesi portalına istinadən məlumat yayır. Avropa İttifaqının (Aİ) Şurası oktyabrın 20-də Rusiya qazından mərhələli şəkildə imtin
Avropa Parlamenti də sənədi təsdiqləsə, Aİ 2028-ci il yanvarın 1-dək Rusiyadan qaz tədarükünü tamamilə dayandıracaq.
Qadağa həm boru kəməri ilə nəql edilən, həm də mayeləşdirilmiş qaz tədarükünə aid olacaq və 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.
Qüvvədə olan müqavilələr üçün keçid dövrü müəyyən edilib, bu müddətdə Rusiya qazı Avropaya tədarük oluna bilər.
Qısa müddətli müqavilələr üçün keçid dövrü 2026-cı il iyunun 17-dək qüvvədə olacaq, uzunmüddətli müqavilələr üçün 2028-ci il yanvarın 1-də bitəcək.
Qadağa xüsusi hallarda, məsələn Aİ-yə digər mənbələrdən qaz tədarükünə təhlükə yaranarsa, müvəqqəti dayandırıla bilər.
Macarıstan və Slovakiya tam qadağaya qarşı çıxıblar. Amma qərarın qəbulu üçün yekdillik tələb olunmayıb.
Moskva 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı hücuma başlayandan Aİ Rusiya qazından asılılığını əhəmiyyətli şəkildə azaldıb.
Tam oxu
Xəbəri oxu