525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Avropa İttifaqı Şurası Avropa Komissiyasının 2028-ci il yanvarın 1-dən Rusiyadan qaz alışına qadağa qoyulması təklifini təsdiqləyib.
525.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının yaydığı bəyanatda deyilir.
Qeyd olunub ki, bu qərara Rusiyadan həm boru kəməri vasitəsilə, həm də mayeləşdirilmiş təbii qazın alınmasına qadağa daxildir.
Proses mərhələli şəkildə həyata keçiriləcək və tam qadağa 2028-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
İndi bu müddəa qüvvəyə minməsi üçün Avropa Parlamenti tərəfindən təsdiqlənməlidir.
Pərvanə Sultanova Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.