Aİ Suriyanın yenidən qurulması və digər beynəlxalq məsələlərdə Azərbaycanla siyasi dialoqda maraqlıdır

17.04.2025

Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.

Avropa İttifaqı (Aİ) Suriyanın yenidən qurulması və digər bu kimi kimi beynəlxalq məsələlərdə Azərbaycanla siyasi dialoqda maraqlıdır.

Bu barədə Aİ-nin Xarici əlaqələr və təhlükəsizlik siyasəti ofisindən bildirilib.

Qeyd edilib ki, Aİ Suriya xalqına humanitar yardım göstərən ən böyük donordur və Əsəd rejiminin süqutundan sonra dəstəyini daha da artırıb:

"Fevral ayında Aİ yenidənqurma işlərini sürətləndirmək üçün Suriya iqtisadiyyatının əsas sektorlarına tətbiq edilən sanksiyaları yüngülləşdirib. Mart ayında Aİ-nin rəhbərlik etdiyi donor konfransında Suriyanın uzunmüddətli inkişafını dəstəkləmək üçün təxminən 5,8 milyard avro toplanıb".

report

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью