Aİ Suriyaya 160 milyon avro yardım edəcək

17.12.2024

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Ərdoğan Avropa Komissiyasının sədri Ursula fon der Leyeni qəbul edib.

"UnikaI" Türkiyə mətbuatına istinadən xəbər verir ki, xüsusilə Suriya məsələsi danışıqların gündəmində olub.

Ərdoğan ərəb respublikasının bərpası üçün qonşu və dost ölkələrin, eləcə də Avropa İttifaqının və digər beynəlxalq təşkilatların dəstəyinin zəruri olduğunu bəyan edib.

Leyen Türkiyə prezidenti ilə keçirdiyi mətbuat konfransında Avropa İttifaqının ilin sonuna qədər Suriyaya 160 milyon avro yardım edəcəyini açıqlayıb.

Ağarza Elçinoğlu 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью