Aİ Suriyaya tətbiq etdiyi sanksiyaların bəzisini dayandıracaq KONKRET

27.01.2025

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Aİ xarici işlər nazirlərinin Brüsseldə keçiriləcək toplantıda Suriyaya qarşı sanksiyaların ləğvi məsələsini müzakirə edəcəyi gözlənilir.

KONKRET.az xəbər verir ki, Fransanın xarici işlər naziri Jan-Vil Barro bəzi sanksiyaların aradan  qaldırılacağını təsdiqləyib. Onun sözlərinə görə, ölkənin iqtisadi sabitləşməsinə və bərpa prosesinin başlanmasına mane olan enerji, nəqliyyat, maliyyə institutları sektorlarında tətbiq edilən bəzi sanksiyalar dayandırılacaq.

Vəli Həsənoğlu,

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью