Aİ Tbilisi ilə dialoqu dayandırdı

04.11.2026

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avropa İttifaqı xarici təsirlərin şəffaflığı haqqında qanuna təzyiq göstərmək məqsədilə Gürcüstanla dialoqu dayandırıb.
Bizim.Media xəbər verir ki, bunu Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze bildirib.
 

Onun sözlərinə görə, Tbilisi dəfələrlə Avropa İttifaqına qanunu hüquqi baxımdan müzakirə etməyi təklif edib. Gürcüstan tərəfi Avropa normalarına zidd olan hər hansı bənd və ya maddə göstəriləcəyi təqdirdə qanuna yenidən baxmağa hazır olduğunu bəyan edib.


Samxaradze bildirib ki, Aİ bu təşəbbüslərə cavab verməyib və son iki il yarım ərzində Gürcüstanın təklifləri susqunluqla qarşılanıb.
O iddia edib ki, bunun arxasında Gürcüstan parlament seçkilərinə müdaxilə etmək və xaricdən müxalifət qüvvələrinə maliyyə axınını təmin etmək məqsədi dayanıb.
"Bu dalandan çıxmasaq, nə Avropa İttifaqının, nə də Gürcüstanın xeyrinə olacaq", – deyə o əlavə edib.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью