Aİ tədricən Rusiya qazının idxalını dayandıracaq | Icma.az
Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Avropa İttifaqının enerji nazirləri Rusiya neftinin və qazının idxalının 2028-ci ilin yanvarına qədər mərhələli şəkildə dayandırılmasını nəzərdə tutan təklifi dəstəkləyiblər.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurası məlumat yayıb.
Lüksemburqda keçirilən görüşdə nazirlərin təsdiqlədiyi plana əsasən Rusiya qazının idxalı üzrə yeni müqavilələr 2026-cı ilin yanvarından etibarən tədricən dayandırılacaq, mövcud qısamüddətli müqavilələr 2026-cı ilin iyunundan, uzunmüddətli müqavilələr isə 2028-ci ilin yanvarından ləğv ediləcək.
Qanun hələ qüvvəyə minməyib. Aİ ölkələri Avropa Parlamenti ilə yekun qaydaları razılaşdırmalıdır, parlament isə hələlik öz mövqeyini müzakir
Hazırda Aİ-nin qaz idxalının 12 faizi Rusiyanın payına düşür.
Bu göstərici Ukrayna ilə müharibən başlamazdan əvvəl 2022-ci ilə qədər 45 faiz təşkil edirdi.
Hazırda Rusiya qazını idxal edən ölkələr arasında Macarıstan, Fransa və Belçika da var.
Tam oxu
Xəbəri oxu