Aİ təhlükəsizlik sistemini dəyişdirməyəcək

24.11.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Avropa liderləri qitənin təhlükəsizlik arxitekturasının yenidən nəzərdən keçirilməsini müzakirə etməyə və bu məsələləri Rusiya ilə müzakirə edərək Ukraynadakı münaqişəyə son qoymağa hazır deyillər.

Bakıvaxtı.az "Politico"ya istinadən xəbər verir ki, bu barədə Avropa rəsmiləri məlumat yayıblar.

Bildirilib ki, avropalılar münaqişə bitənə qədər Ukrayna ilə bağlı danışıqların onların iştirakı olmadan, respublikanın NATO-ya qoşulması ilə bağlı birtərəfli qərarlar və ya yeni müqavilələr olmadan aparılmasına icazə vermirlər.

Norveçin müdafiə naziri Tore Sandvik qeyd edib ki, Avropanın artıq təhlükəsizlik sistemi var və onu dəyişdirməyə ehtiyac yoxdur.

Həmçinin Brüsseldəki Eqmont Beynəlxalq Münasibətlər İnstitutunun direktoru professor Sven Biskop vurğulayıb ki, avropalılar heç vaxt birgə qərar qəbul etməyə imkan verən təhlükəsizlik arxitekturası yaratmayacaqlar.

Gülşən Şərif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью