AI Tomorrow Summit Ankarada keçiriləcək

04.05.2026

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"AI Tomorrow Summit" bu il “Yeni Çağ, Yeni Məsuliyyət” mövzusu ilə 4–5 iyun tarixlərində Ankarada keçiriləcək.

Bakıvaxtı.az xəbərverir ki, Zirvə Süni İntellekt Siyasətləri Dərnəyi tərəfindən təşkil olunur, artıq 11-ci dəfə iştirakçıları bir araya gətirəcək.

Tədbirdə dövlət qurumlarının yüksək səviyyəli nümayəndələri, özəl sektor, akademik dairələr və iş dünyasının qərarverici şəxsləri iştirak edəcək, 20-dən çox paneldə 60-dan artıq mütəxəssis çıxış edəcək.

Zirvə hibrid formatda keçiriləcək və ikinci günün axşamında süni intellekt və texnologiya ekosisteminə töhfə verən şəxslər və qurumlar mükafatlandırılacaq.

Murad İsmayıl

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью