Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Prezident Donald Tramp 2025-ci ilin yanvarında vəzifəyə gəldikdən sonra da Avropa İttifaqı (Aİ) ABŞ ilə ticarət danışıqlarını davam etdirməlidir.
Bizimyol.info xəbər verir ki, bu barədə Avropa Parlamentinin sədri Roberta Metsola "PAP"a müsahibəsində bildirib.
“Məlumdur ki, yeni seçilmiş prezident Tramp sazişlərlə maraqlanan şəxsdir.
Ona görə də biz amerikalı tərəfdaşlarımızla işləməyə davam etməli və ümumi maraqlara nail olmalıyıq.
Bununla belə, Avropa "lazım olduqda cavab verməyə də hazır olmalıdır”, - deyə Metsola qeyd edib.
Noyabrın 5-də keçirilən seçkilərdə Tramp Demokratların nümayəndəsi Kamala Harrisi məğlub edib.
Respublikaçılar ABŞ Senatına nəzarəti ələ keçirə biliblər. Trampın andiçmə mərasimi 2025-ci il yanvarın 20-də keçiriləcək.