Aİ Tramp və Putin arasındakı danışıqdan sonra Ukrayna məsələsində irəliləyişə ümid edir

19.03.2025

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Avropa İttifaqı (Aİ) Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında martın 18-də baş tutan telefon danışığının Ukraynada münaqişənin nizamlanmasını yaxınlaşdıracağına ümid edir.

525.az “Report" a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin birgə bəyanatında bildirilib.

"Bu dəhşətli müharibənin nəticəsi Ukrayna üçün hərtərəfli, ədalətli və davamlı sülh olmalıdır. Ümid edirik ki, dünənki telefon danışığı bu istiqamətdə irəliyə doğru bir addım olub. Biz Ukraynaya dəstəyimizdə sadiqik", - bəyanatda qeyd edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью