Icma.az, Dogru.az portalına istinadən məlumatı açıqlayır.
Avropa İttifaqı ABŞ prezidenti Donald Trampın Çin və Hindistandan gətirilən mallara yüksək gömrük rüsumları tətbiq etmək tələblərini rədd edib.
Doğru.az xəbər verir ki, The Wall Street Journal-ın məlumatına görə, Aİ bildirib ki, tariflərdən digər ölkələrə qarşı sanksiya kimi istifadə olunmur.
Məqalədə qeyd olunur: “Bir məmur çərşənbə günü bildirib ki, blok tariflərdən digər ölkələrə qarşı sanksiyalar kimi istifadə etmir”.
Daha əvvəl Financial Times Trampın Aİ-dən Hindistan və Çin mallarına tarifləri 100%-ə qədər artırmağı xahiş etdiyini yazmışdı.
DOĞRU.AZ