Aİ Trampın hədələri fonunda ABŞ ilə ticarət sazişini dondurub | Icma.az
Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Avropa Parlamenti ABŞ ilə ticarət sazişinin ratifikasiyası üzrə səsverməni qeyri-müəyyən müddətə rəsmi şəkildə dayandırıb.
Moderator.az-ın məlumatına görə, bu barədə DPA agentliyi parlamentin ticarət komitəsinin sədrlərinə istinadən xəbər yayıb.
"ABŞ Aİ üzv dövlətlərinin ərazi bütövlüyünə və suverenliyinə hədə-qorxu gələrək, tarifləri təzyiq vasitəsi kimi istifadə etməklə ticarət münasibətlərinin sabitliyini və proqnozlaşdırıla bilməsini pozur", – deyə Avropa Parlamentinin ticarət komitəsinin sədri Bernd Lanqe bildirib.
O vurğulayıb ki, saziş üzərində iş ABŞ qarşıdurma əvəzinə əməkdaşlığı bərpa etməyə qərar verənədək dayandırılıb.
Bundan əvvəl Avropa Komissiyasının (AK) rəqabət məsələlərinə cavabdeh vitse-prezidenti Teresa Ribera bəyan etmişdi ki, ABŞ-nin Qrenlandiya ilə bağlı iddiaları fonunda Aİ ölkələri icmanın maraqlarını qorumaq üçün lazım ola biləcək hər hansı tədbirlərdən imtina etməməlidirlər.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu