Aİ Trampın rüsum tətbiqinə dərhal cavab verəcək

08.02.2025

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqından (Aİ) gələn mallara rüsum tətbiq etsə, Avropa Komissiyası buna operativ reaksiya verə biləcək.

“Report” “Praym”a istinadən xəbər verir ki, bu barədə Almaniya Kansleri Olaf Şolts bildirib.

“Mən qarşıdurmaya deyil, əməkdaşlığa üstünlik verirəm... Amma ABŞ belə addımlar atarsa (rüsumlar tətbiq edərsə - red.), Avropa Komissiyası bir neçə saat ərzində buna cavab verə biləcək”, - o deyib.

Kansler vurğulayıb ki, qloballaşma inkişaf etmiş, ixracyönümlü sənayeyə malik ölkə kimi Almaniyaya xeyir verir və bu vəziyyət qorunmalıdır.

Onun fikrincə, Aİ birləşməli və gücünü nümayiş etdirməli, bununla da öz fəaliyyət qabiliyyətini göstərməlidir.

Xatırladaq ki, fevralın 1-də ABŞ prezidenti Donald Tramp Brüsselin Vaşinqtona “dəhşətli” münasibət göstərdiyi üçün Aİ mallarına idxal rüsumları tətbiq edəcəyini bildirmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью