Aİ Trampın seçilməsi səbəbindən ABŞdan müdafiə asılılığı ilə mübarizə aparacaq “Le Figaro”

28.11.2024

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Avropa İttifaqı (Aİ) ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ağ Evə qayıtması ərəfəsində ABŞ-dan müdafiə asılılığına qarşı mübarizə aparmaq niyyətindədir.

Bizimyol.info xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti verib.

Nəşr qeyd edir ki, Trampın seçilməsi, “ABŞ-ın NATO-ya üzvlüyünün davam etdirilməsinə şübhə yaradan” Aİ-də strateji muxtariyyət əldə etməyin zəruriliyi ilə bağlı müzakirələrə təkan verib. Avropalılar “bütün gücləri ilə ümumi müdafiə siyasətinin işlənib hazırlanması üçün lazım olan vasitələr üzərində razılığa gəlməyə çalışırlar”, çünki birlik ölkələri “müdafiə sənayesi üçün vahid bazar olmaqdan uzaqdır”. Qəzet yazır ki, beləliklə, Aİ-nin müdafiə sektoru ixrac imkanları uğrunda bir-biri ilə rəqabət aparan “oyunçular arasında parçalanıb”.

“İndi müdafiə baxımından daha kövrək vəziyyətdəyik, çünki ehtiyatlarımız azdır. Nə pulumuz, nə ehtiyatımız, nə istehsal gücümüz var”, - deyə nəşr Avropa Komissiyasının müdafiə və təhlükəsizlik siyasətinə cavabdeh olan bölməsinə rəhbərlik edən Dieqo de Ojeda Qarsiya Pardoya istinadən qeyd edib. “Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin ikinci dönəminin prioritet sahələrindən biri müdafiə olacaq”, - deyə qəzet yazıb.

Tramp dəfələrlə NATO-nun fəaliyyətindən narazılığını bildirib. Əgər o, noyabr seçkilərində qalib gəlsə, o, ABŞ-ı Şimali Atlantika Alyansının avropalı tərəfdaşları öz təhlükəsizlikləri üçün daha böyük maliyyə məsuliyyəti daşımasalar, onun tərkibindən çıxacağı ilə hədələyib. Respublikaçıların andiçmə mərasimi 2025-ci il yanvarın 20-də baş tutacaq.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью