Aİ Trampın Ukraynada prezident seçkilərinin keçirilməsinə dair bəyanatına münasibət bildirib

09.12.2025

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Volodimir Zelenski Ukraynanın demokratik şəkildə seçilmiş prezidentidir və növbəti prezident seçkiləri yalnız şərait buna imkan verdiyi zaman keçirilməlidir.

APA xəbər verir ki, bunu Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə sözçüsü Anitta Hipper bildirib.

“Biz bu məsələyə artıq diqqət çəkmişdik, çünki bunlar fövqəladə vaxtlardır... Mənim qəti inamıma görə, prezident Zelenski demokratik şəkildə seçilmiş liderdir və hər hansı seçki yalnız şərait buna imkan verdikdə keçirilməlidir”, – Hipper ABŞ Prezidenti Donald Trampın Ukraynada prezident seçkilərinin keçirilməsi barədə bəyanatına münasibət bildirərkən deyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью