Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Hurriyyet.az CNN Türk kanalına istinadla xəbər verir ki, Avropa İttifaqı qaçqınlara yardım məqsədilə Türkiyəyə daha 1 milyard avro vəsait ayıracaq.
Bu məsələ bu gün Türkiyə Prezidenti R.T.Ərdoğan ilə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin görüşü zamanı müzakirə edilib.
Lyayen Suriyada Bəşər Əsəd hökumətinin devrilməsindən sonra Ankaraya səfər edib.
Suriyada vətəndaş müharibəsinin başlandığı 2011-ci ildən bəri Türkiyə 4 milyon nəfərə qədər qaçqına sığınacaq verib.
Hürr Tərcüman