Aİ Türkiyəyə ilk hərbi müşavir təyin edib

13.11.2025

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Avropa İttifaqı Türkiyəyə ilk hərbi müşavir təyin edib.

APA xəbər verir ki, bu barədə mənbələr “Middle East Eye”a bildirib.

Qeyd edilib ki, Avropa İttifaqı bu ayın əvvəlində ilk dəfə olaraq Türkiyədəki missiyasına hərbi müşavir təyin edib.

Türkiyə də qarşılıqlılıq prinsipi əsasında Aİ-dəki missiyasına müdafiə müşaviri təyin edə biləcək.

Vurğulanıb ki, Aİ Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Türkiyə ilə müdafiə sahəsində əməkdaşlığı dərinləşdirməyin yollarını axtarır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью