“Aİ Ukrayna ilə danışıqlarda vasitəçi ola bilməz”

13.05.2025

Missiya.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Avropa bütünlüklə Ukraynanın tərəfindədir və heç bir şəkildə danışıqlara balanslaşdırılmış yanaşma iddiasında ola bilməz”.

Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.

“Avropa, nəhayət, bütünlüklə Ukraynanın tərəfində olduğu üçün heç bir şəkildə qərəzsiz, balanslı yanaşma iddia edə bilməz”, - deyə siyasətçi vurğulayıb.

Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) daha çox müharibə tərəfdarıdır. 

“Bu Moskva və ya Vaşinqtonda nümayiş etdirilən yanaşma ilə kəskin ziddiyyət təşkil edir”, - deyə Peskov bildirib.

Daşqın Həsənov
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью