Aİ Ukrayna ilə üzvlük danışıqlarının birinci mərhələsinə 2025ci ildə başlamaq niyyətindədir

20.12.2024

Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Avropa İttifaqı (Aİ) 2025-ci ilin əvvəlində Ukrayna ilə ölkənin quruma daxil olması ilə bağlı danışıqların birinci raunduna başlamaq niyyətindədir.

"Report"un məlumatına görə, bunu Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen Aİ-nin Brüsseldə keçirilən sammitinin yekunlarına dair mətbuat konfransında deyib.

“Əgər Ukrayna yaxşı iş görməkdə davam edərsə (şərtləri yerinə yetirmək üzrə - red.), onda biz gələn ilin əvvəlində danışıqların ilk klasterini açmalıyıq”, - o deyib.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью