Icma.az xəbər verir, Missiya.az saytına əsaslanaraq.
Avropa İttifaqı (Aİ) Ukraynanın bəzi kənd təsərrüfatı məhsullarına gömrük rüsumlarının ləğv edilməsi barədə qərarını açıqlayıb.
Missiya.Az "İnterfaks"a istinadən xəbər verir ki, qəbul edilən qərar süd məhsulları, təzə meyvə-tərəvəz və ət məhsullarının bəzilərinə aiddir.
"Biz Ukraynaya hərbi və maliyyə cəhətdən kömək edirik, lakin ticarətin liberallaşdırılmasına kömək etməklə də dəstək olmalıyıq. Gömrük rüsumlarının ləğvi həm Aİ, həm də Ukrayna üçün faydalıdır", - Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen deyib.
İlahə Qənbərli
Missiya.Az