Aİ Ukraynada hərbi istehsalın inkişafına 1 milyard avro investisiya qoyacaq

26.11.2024

Missiya.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Avropa İttifaqı (Aİ) Rusiyanın dondurulmuş aktivlərindən əldə edilmiş gəlirlərin 1,5 milyard avro məbləğində ikinci tranşından 1 milyard avro vəsaiti Ukraynada hərbi istehsalın inkişafına yönəltməyi planlaşdırır.
Missiya.Az 
xarici KİV-ə istinadən xəbər verir ki, bunu Aİ-nin ədliyyə üzrə komissarı Didye Reynders Strasburqda Avropa Parlamentinin sessiyasında bildirib.

"Avropa Komissiyası Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin 1,5 milyard avro məbləğində növbəti tranşından Ukraynanın hərbi sənayesinə 1 milyard avro ayırmağı təklif edir", - o qeyd edib.

Zərintac Mayisqızı
Missiya.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью