Aİ Ukraynadan Avropaya silah axınından NARAHATDIR

22.09.2026

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Avropa İttifaqı ölkələri Ukraynada döyüşən hərbçilərin cəbhədən geri qayıdarkən ölkələrə silah və hərbi texnika gətirməsindən narahatdır.

Redaktor.az xəbər verir ki, bu barədə Euronews məlumat yayıb.

Məlumata görə, Aİ-də döyüş sursatı və digər hərbi komponentlərin ittifaq ərazisində dövrəyə buraxılmasından və bunun silah qaçaqmalçılığına səbəb ola biləcəyindən ehtiyat edirlər.

Aİ ölkələrinin səfirlərinin sentyabrın 23-də keçiriləcək görüşdə məsələni müzakirə edəcəyi gözlənilir. Avropa ölkələrinin hakimiyyət orqanları Aİ-yə daxil olan silahların izlənməsi istiqamətində səyləri gücləndirmək niyyətindədir.

NURİYYƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью