Aİ Ukraynanın danışıqlarda iştirakının zəruriliyini xatırladıb

13.02.2025

Operativ MM portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiya prezidenti Vladimir Putin və Ağ Ev rəhbəri Donald Tramp arasında keçirilən son görüşlə bağlı bəyanatında Avropa İttifaqı Ukraynanın danışıqlar prosesinə daxil edilməsinə çağırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəsmi nümayəndəsi Paula Pinyo bildirib.

“Biz prinsipə sadiq qalmağa davam edirik: Ukraynasız Ukrayna ilə bağlı heç bir qərar qəbul oluna bilməz... Ukrayna ən çox təsirlənən tərəf kimi bu cür danışıqların bir hissəsi olmalıdır”, - o deyib.

Pinho əlavə edib ki, Avropa İttifaqı Ukraynanın təhlükəsizliyini birbaşa ittifaqın təhlükəsizliyi ilə əlaqələndirir.

Avropa Komissiyasının rəsmi nümayəndəsi bildirib ki, Aİ Komissiyasının sədri Ursula fon der Leyen Münhen Konfransı çərçivəsində Vladimir Zelenski ilə son hadisələri müzakirə etməyi planlaşdırır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью