Aİ Ukraynanın müstəqil mediası üçün 10 milyon avro ayıracaq

22.03.2025

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) proqramlarının dayandırılması fonunda Avropa İttifaqı (Aİ) Ukraynada müstəqil medianın maliyyələşdirilməsinə daha 10 milyon avro ayırır.

Bizimyol.info xəbər verir ki, bu barədə Aİ-nin Ukraynadakı nümayəndəliyindən məlumat verilib.

“Avropa İttifaqı 10 milyon avroluq yeni maliyyə paketi ilə Ukraynada müstəqil mediaya dəstəyini gücləndirir. Bu təşəbbüs bir sıra media qurumlarına qrantlar verəcək, onlar da öz növbəsində subqrantlar vasitəsilə ayrı-ayrı müstəqil jurnalistlərə və media qurumlarına dəstək verəcəklər”, - deyə nümayəndəliyin saytındakı mesajda qeyd edilib.

Onlar əlavə ediblər ki, 2017-ci ildən Avropa İttifaqı Ukraynada “müstəqil” medianın inkişafına 100 milyon avrodan çox “sərmayə qoyub”, 2022-ci ilin fevralından isə bu məqsədlər üçün 37 milyon avroya yaxın qrant ayırıb.

ABŞ prezidenti Donald Tramp administrasiyasının USAİD-in fəaliyyətini dayandırmaq qərarından sonra bir çox Ukrayna mediası maliyyələşmə ilə bağlı problemlərin olduğunu yazıb. Ali Radanın Humanitar və İnformasiya Siyasəti Komitəsinin rəhbəri Nikita Poturayevin sözlərinə görə, Ukraynanın bütün KİV-lərinin təxminən 51%-i, o cümlədən regional medianın 70%-i bağlana bilər.

Öz növbəsində Ukraynanın “Kütləvi İnformasiya İnstitutu” ictimai təşkilatının rəhbəri Oksana Romanyuk qeyd edib ki, Ukraynada son illər KİV-in demək olar ki, 90%-i xarici qrantlar, 80%-dən çoxu isə USAİD-in proqramları hesabına fəaliyyət göstərib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью