Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Ukrayna Avropa İttifaqından 5.9 milyard avro dəyərində dəstək vəsaiti alıb.
APA “UNIAN”a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Yulia Siviridenko məlumat verib.
Onun sözlərinə görə bu vəsait iki hissəyə ayrılıb- 4.1 milyard avro ERA( Extraordinary Revenue Acceleration ) Krediti vasitəsilə, yerdə qalan 1.8 milyard milyard avro isə Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya ödənilib.
“Bu bizə makro-maliyyə stabilliyini təmin etməkdə kömək edəcək. Bu məbləğ xilas edilmiş həyatlar, bərpa edilmiş infrastruktur və gücləndirilmiş iqtisadiyyat deməkdir” Siviridenko qeyd edib.
Xatırladaq ki, avqust ayında da Ukrayna Avropa İttifaqında 4 milyard avrodan çox dəstək vəsaiti almışdı.