Aİ Ukraynaya 6,6 milyardlıq hərbi yardım ayıracaq

25.09.2026

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Avropa İttifaqı ölkələri Ukraynaya Avropa Sülh Fondu çərçivəsində 6,6 milyard avro ayrılmasının şərtləri barədə razılığa gəlib.

Bakıvaxtı.az xəbər verir ki, Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas bildirib ki, vəsaitin 900 milyon avrosu Ukraynaya hərbi yardım missiyasına, 1 milyard avrosu yeni birgə avadanlıq alışına yönəldiləcək.

Daha 4,7 milyard avro isə üzv dövlətlərə kompensasiya ödənişləri üçün ayrılacaq. Bəzi ölkələr artıq öz paylarını birbaşa Ukraynaya göndərəcəklərini açıqlayıblar.

Bundan əlavə, sentyabrın 24-də Aİ Şurası “Ukrayna Təminatı” proqramı çərçivəsində ölkəyə təxminən 3 milyard avro həcmində səkkizinci maliyyə yardımı tranşını təsdiqləyib. Bu məbləğin təxminən 800 milyon avrosu ilk dəfə olaraq kredit formasında təqdim ediləcək.

“Ukrayna Fondu” çərçivəsində ayrılan vəsait Ukraynanın makroiqtisadi sabitliyinin gücləndirilməsi, yenidən qurulması və modernləşdirilməsi, dövlət aparatının fəaliyyətinin dəstəklənməsi və islahatların həyata keçirilməsinə yönəldilir.

Murad İsmayıl

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью