Aİ Ukraynaya dəstək üçün Əbu Dabiyə nümayəndə heyəti göndərəcək

09.11.2026

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Avropa Komissiyasının (AK) sədri Ursula von der Leyen Avropa İttifaqının Ukraynaya dəstək məqsədilə Əbu-Dabiyə nümayəndə heyəti göndərəcəyini təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə von der Leyenin mətbuat xidmətinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığının yekunlarına dair məlumatında qeyd edilib.

“Biz, davam edən sülh səylərini və Əbu-Dabidəki danışıqları müzakirə etdik. Aİ tərəfdaşlarının yanında olacaq”, – deyə von der Leyen bildirib.

Avropa Komissiyası hələlik nümayəndə heyətinin tərkibi və səlahiyyətləri barədə məlumat verməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью