Aİ Ukraynaya əlavə 8,3 milyard avro ayıracağını açıqlayıb

30.07.2026

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Avropa İttifaqı Ukraynaya ilin sonunadək əlavə 8,3 milyard avro maliyyə vəsaiti ayıracağını və bunun üçün Kiyev qarşısında bir sıra sərt şərtlər müəyyən etdiyini açıqlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının bəyanatında bildirilib.

Sənəddə qeyd olunur ki, Aİ Şurası Ukrayna üçün islahatlar planını – ölkənin Ukrayna Fondu çərçivəsində növbəti maliyyə tranşlarını əldə etməzdən əvvəl həyata keçirməli olduğu genişmiqyaslı islahatların yol xəritəsini təsdiqləyib.

Bəyanata əsasən, qərar 2026-cı il üçün Ukraynaya əlavə 8,3 milyard avro maliyyə ayrılmasını da nəzərdə tutur.

Sənəddə vurğulanır ki, Brüsselin irəli sürdüyü tələblər sırasında korrupsiyaya qarşı mübarizə, hüququn aliliyi və dövlət idarəçiliyinin təkmilləşdirilməsi sahələrində yeni islahatların həyata keçirilməsi də yer alır.

Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью