Aİ Ukraynaya hərbi texnika üçün 1 milyard avro ayırır

21.11.2026

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Avropa İttifaqı (Aİ) Ukraynaya hərbi texnikanın birgə satın alınması üçün 1 milyard avro ayırmaq barədə razılığa gəlib.

Gununesi.info xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas məlumat verib.

Vəsait pilotsuz uçuş aparatları, hava hücumundan müdafiə sistemləri, döyüş sursatları, radar və radioelektron mübarizə avadanlıqlarının alınmasına sərf olunacaq.

Kallasın sözlərinə görə, Rusiya son 24 saat ərzində Ukraynada mülki şəxsləri öldürüb, Kiyevdə bir neçə səfirliyə ziyan vurub və Polşanın hava məkanını pozub.

“Əgər Moskva sülh istəyirsə, onun hərəkətləri bunun əksini göstərir”, – Kallas vurğulayıb.

Bildirilib ki, hərbi yardım çərçivəsində alınan avadanlıqlar 2027-ci ilin sonunadək Ukraynaya təhvil veriləcək.

Gununesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью