Aİ Ukraynaya qısa müddətdə 2 milyon güllə verməyi planlaşdırır | Icma.az
Operativ MM portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas Ukrayna prezidenti Vladimir Zelenskinin 2 milyon güllə tələbini “qısa müddətdə” qarşılamağı hədəflədiklərini bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məhsuldar görüş keçirdiklərini deyən Kallas görüşdə Ukraynaya dəstəyin davam etdirilməsi və Avropa müdafiəsinin gücləndirilməsi məsələlərinin müzakirə edildiyini bildirib.
Kallas, Ukraynanın "şərtsiz atəşkəs"i qəbul etməsindən təxminən 4 həftə keçməsinə baxmayaraq, Rusiyanın sülh yolu ilə həll üçün danışıqlar cəhdlərini dayandırdığını ifadə edərək, bu vəziyyətdə Kiyevə hərbi dəstəyin vacib olduğuna diqqət çəkib.
Avropa İttifaqına üzv ölkələr Fransa və Almaniyanın Kiyevə əlavə yardım paketləri elan etdiyini xatırladan Kallas, Aİ səviyyəsində Ukrayna prezidenti Zelenskinin "qısa müddətdə" 2 milyon güllə tələbini yerinə yetirmək məqsədini prioritetləşdirdiklərini söyləyib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu