Aİ Ukraynaya yüz milyardlarla avro maliyyə ayıra bilər

02.03.2025

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Avropa İttifaqı martın 6-da keçiriləcək sammitində Ukraynaya yüz milyardlarla avro maliyyə ayıra bilər.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib. 

Makronun sözlərinə görə, qarşıdan gələn sammitin məqsədi Ukraynaya dəstəyi gücləndirmək və Aİ-nin təhlükəsizliyini təmin etmək üçün zəruri olan birgə maliyyələşdirmə proqramını dərhal başlamaq üçün Avropa Komissiyasına səlahiyyət verməkdir.

Fransa lideri sammitin müstəsna əhəmiyyətini və nəzərdə tutulan maliyyə yardımının miqyasını vurğulayıb.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью